AZ

Hansı məhsullar ürək xəstəlikləri və diabetdən ölüm nisbətini artırır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Merilend ştatının Milli Xərçəng İnstitutunun alimləri müəyyən ediblər ki, şəkərli diabet və ürək xəstəliklərindən vaxtından əvvəl ölüm riski iki növ qidadan - şəkərli içkilərdən və emal olunmuş ətdən sui-istifadə ilə artır.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, alimlər 1990-cı illərin ortalarında elmi işlərdə iştirak etmək üçün cəlb edilmiş 540 mindən çox insanın sağlamlığı və pəhrizi haqqında məlumatları təhlil ediblər. Tədqiqatın əvvəlində bütün subyektlər 50-71 yaş arasında olublar. Tədqiqatçılar iştirakçıların istehlak etdikləri ultra emal olunmuş qidaların ümumi miqdarını (emal edilmiş qənnadı məmulatları, fastfud, şəkər əsaslı içkilər) qiymətləndirdilər və xüsusi qidalar ilə müəyyən xəstəliklərin inkişafı arasında əlaqə qurdular.
Nəticələr göstərdi ki, emal olunmuş ətlərin (kolbasa, sosis və s.) və şəkərlə şirinləşdirilmiş içkilərin çox istehlakı şəkərli diabet və ürək-damar xəstəliklərinin ən yüksək riski ilə, habelə onların fəsadları səbəbindən ölüm ehtimalının artması ilə əlaqələndirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
49
oxu.az

10Mənbələr