AZ

"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var - FOTO

"iPhone" üçün "WhatsApp"ın beta versiyasında internetdən istifadə etmədən yaxınlıqdakı insanlarla fayl paylaşmağa imkan verən funksiya təqdim edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yenilik "WhatsApp"ın "iOS" üçün "24.15.10.70" nömrəli beta versiyasında müşahidə edilib və onu "TestFlight"da yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər mesencerin "Android" sınaq versiyasında müşahidə edilib. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən "Android" versiyasından fərqli olaraq, "iOS" versiyası faylları paylaşmaq üçün QR-kodu skanerdən keçirmək tələb olunur.

Yeniliyin internet bağlantısı qeyri-sabit və ya bahalı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcəyi ehtimal olunur.

Bu funksiya "Android" və "iOS"da mövcud olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ ilkin mərhələdədir, ona görə də onun mesencerdə istifadəyə verilmə tarixi açıqlanmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
milli.az

10Mənbələr