AZ

Rusiyadan miqrantlarla bağlı SƏRT QƏRAR

Rusiya Dövlət Duması miqrasiya siyasətinə dəyişiklikləri və miqrantlar üçün yeni deportasiya rejimi barədə qanunları qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının saytında məlumat verilib.

Bildirilir ki, qanun layihələri miqrantlar üçün yeni hüquqi deportasiya rejimi müəyyən edir və Rusiyada qanunsuz olan əcnəbilərə, həmçinin hüquq pozuntusu törədənlərə şamil ediləcək.

Sənədə əsasən, onlara qarşı müxtəlif məhdudiyyətlər, məsələn, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, avtomobil idarə etmək, Rusiya ərazisində sərbəst hərəkət etmək, nikaha daxil olmaq, banklarda yeni hesablar açmaq qadağası tətbiq edilə bilər.

Bundan başqa məcburi ödənişlərin edilməsi üçün pul köçürmələri istisna olmaqla, "digər bank əməliyyatlarının həyata keçirilməsinə" qadağa qoyan düzəliş əlavə edilib. Bununla belə, deportasiya rejiminə düşən miqrant ayda 30 min rubla (təqribən 578 manat) qədər nağd pul çıxara biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
21
publika.az

10Mənbələr