AZ

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, 25 nəfər təxliyə olunub

FHN:

Bakı, 23 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 84 yanğın hadisəsinə çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğınlar zamanı 10-u azyaşlı olmaqla 25 nəfər təxliyə olunub, 2 nəfər yanıq xəsarəti alıb. Bağlı qapı arxasında 1 nəfərin cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
49
azertag.az

10Mənbələr