AZ

Peruda musiqiçiləri daşıyan avtobus dərəyə aşdı - 9 nəfər öldü

Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.

“Unikal" xarici mətbuata istinadən xəbər verir ki, avtobusda olan xalq orkestrinin musiqiçiləri Limaya konsert vermək üçün gedirlərmiş.

Ümumilikdə avtobusda 20 musiqiçi olub, onlardan 8-i ölüb, daha 12-si yaralanıb. Qeyd olunub ki, sürücü nəqliyyat vasitəsini digər avtomobillə toqquşmadan yayındırmağa çalışıb.

Nəticədə idarəetmədən çıxan avtobus dərəyə aşıb. Qəzada həmçinin sürücü də ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
unikal.az

10Mənbələr