AZ

Şeron Stoun yeni filmə çəkilir

Məşhur aktrisa Şeron Stoun "Nobady 2" döyüş filmində baş cani rolunu oynayacaq.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Hollivud ulduzunun yeni obrazı haqqında ətraflı məlumat yoxdur.

Sikvelin süjet təfərrüatı hələlik gizli saxlanılır.

Xatırladaq ki, orijinal film quldurların evinə və ailəsinə hücumundan sonra qatil sənətini xatırlamaq məcburiyyətində qalan ailə başçısı haqqındadır. Baş qəhrəmanı Konni Nilsen canlandırır. Yeni filmdə aktyor öz obrazına qayıdacaq.

"Nobody 2" filminin premyerası 15 avqust 2025-ci ildə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
4
musavat.com

10Mənbələr