AZ

Dövlət Departamenti: ABŞ Yaponiyanı qorumaq üçün nüvə silahından istifadəyə hazırdır

ABŞ Yaponiyanın təhlükəsizlik öhdəliklərini yerinə yetirmək üçün nüvə silahı da daxil olmaqla istənilən vasitədən istifadə etməyə hazırdır.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink deyib: “Yaponiyalı müttəfiqlərimiz qarşısında təhlükəsizlik müqaviləsi öhdəliklərimiz sarsılmazdır və biz bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün nüvə də daxil olmaqla, Amerikanın sərəncamında olan bütün vasitələrdən istifadə etməyə sadiqik”.

Onun sözləri Dövlət Departamentinin saytında yayımlanıb.

Mövsüm

Seçilən
124
50
aznews.az

10Mənbələr