AZ

ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə etməyə hazır olduğunu bəyan etdi

ABŞ nüvə silahı da daxil olmaqla istənilən vasitələrdən istifadə edərək Yaponiyanı müdafiə etməyə hazırdır.

32gun.az bildirir ki,  bunu Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink deyib. 

Onun bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinkenin Asiya-Sakit okean regionu ölkələrinə gözlənilən səfəri ilə bağlı deyib. 

"Yaponiyalı müttəfiqlərimiz qarşısında təhlükəsizlik müqaviləsi öhdəliklərimiz toxunulmazdır və biz bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün nüvə də daxil olmaqla, Amerikanın ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə sadiqik"  o deyib. 

Bir gün əvvəl Yaponiyanın Yomiuri nəşri ABŞ-ın ilk dəfə olaraq Yaponiyanı nüvə silahı ilə müdafiə etməyə hazır olduğunu sənədləşdirəcəyini yazmışdı.

Ayxan 

Seçilən
83
50
32gun.az

10Mənbələr