AZ

Qurbanovla Santuş gerilədi, Berdıyev irəlilədi, "Neftçi"nin baş məşqçisi isə…

Dünyanın ən güclü məşqçilərinin yeni reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 500 ən güclü mütəxəssisin yer aldığı siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovdur.

"Qarabağ"ı çalışdıran mütəxəssis ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib. Hazırda aktivində 1673 xal olan Qurbanov 133-cü yeri tutur.

Siyahıda Azərbaycanda çalışan 3 əcnəbi mütəxəssis də yer alıb. "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cü yerdə qərarlaşıb. Rusiyalı mütəxəssis bir pillə irəliləyib.

Millimizin baş məşqçisi Fernando Santos 184-cüdür. Portuqaliyalı mütəxəssisin akticində 1624 xal var cə bir pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk isə 423-cü yerdə qərarlaşıb. Mövqeyini qoruyan ukraynalı mütəxəssosin 1481 xalı var.

Ssiyahıya "Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir - 2240 xal.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
3
sportinfo.az

10Mənbələr