AZ

Sloveniya və Ukrayna təhlükəsizlik sazişi imzalayıb

Sloveniyanın baş naziri Robert Qolob Ukrayna prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sloveniya hökumətinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Bu gün Sloveniya və Ukrayna münasibətlərində xüsusi gündür. Prezident Zelenski ilə mən iki müttəfiq ölkə arasında təhlükəsizlik sazişi imzaladıq. Bu, bizim güclü və daimi dəstəyimizin mühüm sübutu idi”, – Sloveniya Nazirlər Kabineti Qolobdan sitat gətirir.

Zelenski Telegram kanalında bildirib ki, Sloveniya Aİ missiyası çərçivəsində Ukrayna ordusunun təliminə töhfə verəcək. O, əlavə edib ki, ölkələr həmçinin Ukraynanın müdafiə sənayesi layihələrinin həyata keçirilməsinə kömək etmək üçün maliyyə mənbələrinin tapılmasında əməkdaşlıq edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
nocomment.az

10Mənbələr