AZ

Gürcüstanın Azərbaycanla ticarət dövriyəsi 19%-dək azalıb

2024-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstanın Azərbaycana ixracı illik ifadədə 23,3% azalaraq 318,19 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirib ki, hesabat dövründə Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 11,2%-ni təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın 4-cü əsas ixrac tərəfdaşı olub.

Cari ilin birinci yarısında Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 12,5% azalaraq 279,61 milyon dollar təşkil edib. Bu, Gürcüstanın ümumi idxalının 3,7%-nə bərabər olub.

Bu göstərici ilə Azərbaycan Gürcüstanın 6-cı əsas idxal tərəfdaşı olub.

Ümumilikdə isə iki ölkə arasında ticarət dövriyəsinin həcmi bu ilin birinci yarısında 597,8 milyon dollar təşkil edib. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 136,35 milyon dollar və ya 18,6% azdır.

Seçilən
138
39
banker.az

10Mənbələr