AZ

Hərbi xidmətdən yayınmaq üçün saxta həkim rəyləri keçərli olmayacaq – Yeni elektron sistem “GƏLİR”VİDEO

Artıq həkimin saxta rəyi əsasında hərbi  xidmətdən yayınmaq mümkün olmayacaq.

Xezerxeber.az xəbər verir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi Tibbi Qiymətləndirmə Mərkəzində  aparılır. Burada 4  kateqoriyadan olan çağırışçılar yoxlanılır.

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində olan mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.

Elə bu məlumatlar əsasında da mərkəzi çağırış komissiyası şəxsin hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edir. Bundan sonra da yararlı olan şəxslərin Silahlı Qüvvələrə bölüşdürülməsi prosesi başlayır.

O da qeyd olunub ki, bütün bu işlərin görülməsi üçün mərkəzə ixtisaslaşmış şəxslər cəlb olunub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
145
33
xezerxeber.az

10Mənbələr