AZ

Naxçıvanda vergi ödəyicilərinin sayı 21% artıb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 3 567 yeni vergi ödəyicisi qeydiyyata alınıb və iyulun 1-nə vergi ödəyicilərinin sayı illik müqayisədə 20.6% çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, yeni vergi ödəyicilərinin 3 404-ü fiziki şəxslər, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Yanvar-iyun aylarında yeni qeydiyyatdan keçmiş 163 hüquqi şəxsin 100-ü və yaxud 61 %-i elektron qaydada uçota alınıb.

Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, bölgədə aktiv vergi ödəyicilərinin sayı kəskin artıb. Belə ki, iyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 48.3% artaraq 18.841, ƏDV ödəyicilərinin sayı 66.2% artaraq 630, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 29.9% artaraq 6 538 olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
49
banker.az

10Mənbələr