AZ

“HƏMAS-ın hərbi rəhbərliyinin yarısı məhv edilib” – İsrail Ordusu


Qəzza zolağında doqquz aylıq hərbi əməliyyatlar zamanı İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hərbi qanadının rəhbərliyinin yarısını məhv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb.
“Dəqiq əməliyyat və kəşfiyyat tədbirləri nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbərliyinin yarısı məhv edilib” – məlumatda qeyd edilib.
Məlumatda HƏMAS-ın hərbi qanadının 14 liderinin adları qeyd edilib ki, onlardan 7-si artıq zərərsizləşdirilib.
Məlumatda həmçinin hərəkatın hərbi təşkilatının rəhbəri Məhəmməd əd-Deyfin sağ olduğu bildirilib.
Məlumata görə, döyüşlər zamanı 14 minə yaxın HƏMAS döyüşçüsü öldürülüb və ya əsir götürülüb.
Digər tərəfdən, iyulun 14-də İsrail ordusunun mətbuat xidməti növbəti əməliyyat nəticəsində HƏMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının rəhbəri Rafia Salamın zərərsizləşdirildiyini açıqlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
yeniavaz.com

10Mənbələr