AZ

İsrail ordusu HƏMAS hərbi rəhbərliyinin yarısını zərərsizləşdirib

İsrail hərbçiləri Qəzza zolağında 9 aylıq hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının hərbi rəhbərliyinin yarısını zərərsizləşdiriblər.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti (IDF) məlumat yayıb.

Ordunun kəşfiyyat məlumatlarında HƏMAS-ın hərbi qanadının 14 liderinin adları və fotoşəkilləri əks edilib ki, onlardan 7-i artıq öldürülüb.

Siyahıda hərəkatın hərbi təşkilatının rəhbəri Məhəmməd əd-Deyfin sağ olduğu bildirilir.

Bundan əvvəl iyulun 14-də ordunun mətbuat xidməti əməliyyat nəticəsində HƏMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının rəhbəri Rafiya Salamunun məhv edildiyini açıqlayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
50
7news.az

10Mənbələr