AZ

İyulun 17-də bəzi bölgələrdə leysan yağacaq

Azərbaycanda iyulun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 


Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, habelə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacağı ehtimal edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
49
ekologiya.az

10Mənbələr