AZ

Azərbaycanda 2032 ədəd minik avtomobili yığılıb - 516-SI ANBARLARDA QALIB

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2 032 ədəd minik avtomobili istehsal edilib.

Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 288  ədəd və ya 16,5% artıb.

2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 1 744 ədəd təşkil edib.

2024-cü ilin 1 iyul  tarixinə hazır məhsul ehtiyatı 516 ədəd təşkil edib.

Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 154 ədəd  yaxud 23% azalıb. 

2023-cü ilin 1 iyul  tarixinə hazır məhsul ehtiyatı 670  ədəd olub.

Seçilən
2
4
avtosfer.az

8Mənbələr