AZ

"Cristal İnşaat" üçün 25 min manatlıq cərimə təhlükəsi

"Cristal İnşaat" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 

192.1-ci maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
35
valyuta.az

10Mənbələr