AZ

Azərbaycan qızıl hasilatını artırmağa başlayıb

Azərbaycanda 2024-cü ilin ilk yarısında qızıl istehsalı artsa da, mis və gümüşün istehsalı düşüb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Belə ki, ilin ilk altı ayında 1 003.7 kiloqram həcmində qızıl filizi hasil edilməklə, 2023-cü ildəki nəticəni 3 faiz üstələyib. Ehtiyatda olan qızılın həcmi cəmi 247.7 kq təşkil edib.

Mis istehsalının həcmi illik müqayisədə 94.6 faiz azlaaraq 100.8 tona düşüb. Anbarda isə cəmi 14.7 ton mis filizi qalıb.

Gümüş hasilatı hesabat müddətində 6.6% azalaraq 1 720.1 kq-a düşüb. Ehtiyatda 679.1 kq həcmində gümüş qalmaqdadır.

Xatırladaq ki, qızılın bir unsiyası iyun ayında 2 400 dollara yaxın diapazonda ticarət edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
48
banker.az

10Mənbələr