AZ

Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə ələqadar olaraq tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, Gəncənin Ekoloji Park Kompleksində keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününün tarixi önəmindən danışıb. O bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyə xain çevriliş cəhdi ilə üzləşdi. Bununla belə, xalq bu vəziyyətə biganə qalmadı, ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın çağırışı ilə minlərlə vətəndaş dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün şəhər meydanlarına və küçələrinə çıxdı, vətənini, dövlətini və demokratiyanı müdafiə etdi. O qeyd edib ki, bu gün türk milləti şəhid və qazilərini şükür, minnət, rəhmət və ehtiramla xatırlayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, məhz 2016-cı ilin 15 iyul tarixində Türkiyə xalqı irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Bir çox məsələdə olduğu kimi, bu dəfə də Azərbaycan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirdi. Belə ki, dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən möhtərəm Prezident cənab İlham Əliyev Türkiyə dövlətinə olan dəstəyini açıq şəkildə ifadə etdi.

Çıxışlardan sonra şəhidlərin xatirəsinə dualar oxunub, 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib. 
Tədbirin davamı olaraq Gəncənin Ekoloji Park Kompleksinin ərazisində şəhidlərin xatirəsinə ağac əkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
unikal.az

10Mənbələr