AZ

Körpə Onurun üzərinə qaynar su tökülüb: Müalicə üçün dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı körpə Onurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mehri Əzizova məlumat verib.
O bildirib ki, övladı aprelin 12-də ehtiyatsızlıq səbəbindən yanıb.
"Onurun bir yaşı var. Aprelin 12-də evdə qaz plitəsi ilə oynayarkən üzərinə içi qaynar su dolu çaydanı aşırıb. Hadisə baş verən kimi biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım bir müddət orada müalicə aldı və dəriköçürmə əməliyyatı keçirdi".
Mehri Əzizova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Onur dəriköçürmə əməliyyatı olduqdan sonra müalicələrini ancaq sizin saytın izləyicilərinin dəstəyi ilə davam etdirə bilmişik. Onun dərisinin tutması üçün biz müxtəlif mazlar və kremlərdən istifadə edirik. Hazırda bunları almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərin bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 520-21-53.
Kapital Bank: 4169 7388 3418 3968.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
34
oxu.az

10Mənbələr