AZ

Su kanalından əvvəl ayaqqabısı, daha sonra özü çıxdı: İki yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mingəçevirdən Oğuza qonaq gedən Əzizovlar ailəsinin iki yaşlı uşağının kanala düşərək ölməsi hadisəsinin təfərrüatı məlum olub.
Hadisə iyulun 12-də rayonun Qumlaq kəndində gecə saatlarında baş verib.
Belə ki, babasıgilə qonaq gedən iki yaşlı Ayxan Əzizov nənəsi və xalası ilə birlikdə qonşuluqda uşaqlarla oynamağa gedibmiş.
Bir anlıq nəzarətsiz qaldıqdan sonra onun yoxa çıxmasını görən yaxınları Ayxanı yarım saat axtarıblar. Uşağın ilk öncə ayaqqabısı, daha sonra isə cansız bədəni su kanalında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
oxu.az

10Mənbələr