AZ

Trampın "sülh planı": "Bu, müharibənin sonu deyil, sadəcə gecikmədir"

Donald Tramp Floridadakı Mar-a-Laqo villasından fotolar dərc edib. Şəkildə ABŞ-ın keçmiş prezidenti onu ziyarətə gələn Macarıstanın baş naziri Viktor Orbanla poza verib.

"Biz sülhə nail olmağın yolları haqqında danışdıq. Yaxşı xəbər: O (Tramp), bu problemi həll edəcək", deyə Orban X sosial şəbəkəsində yazıb.

Tramp da öz növbəsində Macarıstan hökumətinin başçısına cavab verib ki, yaxın gələcəkdə sülh əldə edilməlidir. Orban daha əvvəl Kiyev, Moskva və Pekində olub, burada Volodimir Zelenski, Vladimir Putin və Si Szinpinlə görüşüb. Orban özü turunu "sülh missiyası" adlandırıb.

"Görüş (Orban və Tramp) Putin üçün faydalıdır: Orban Avropa İttifaqında Putinin adamıdır. İndi o, yenidən ABŞ prezidenti olacağı təqdirdə Aİ-də Trampın adamı olmaq istəyir. Bu, onun hesablamasıdır: Tramp qalib gəlsə, Aİ-də ona birbaşa çıxışı olan yeganə şəxsdir", deyə Köln Universitetinin politoloqu Tomas Ceqer bildirib.

Eyni zamanda ekspert qeyd edir ki, Tramp hərbi münaqişənin həlli ilə bağlı təkliflərində Co Baydenin qaçdığı riskləri götürür.

"Tramp Putini hədələyir ki, danışıqlar aparmaq istəməsə, Rusiya Ukraynadan ABŞ silahları ilə hücuma məruz qalacaq", deyə ekspert qedy edib.

Bu yaxınlarda Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, əgər bu, Ukraynanın təslim olması demək deyilsə, Rusiya sülh danışıqlarına razı olmayacaq.

Ceqer qeyd edir ki, Trampın hazırkı cəbhə xəttində münaqişənin dondurulmalı olduğu "sülh planı" tənqidə tab gətirmir.

"Bu, müharibənin sonu deyil, sadəcə gecikmədir. Dünya buna baxmağı dayandıran kimi Rusiya onu bərpa edəcək. Dondurulmuş vəziyyətdə Ukrayna həm NATO-ya üzv ola bilməyəcək, həm də iqtisadi cəhətdən yararsız olacaq", deyə politoloq yekunlaşdırıb.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
40
qaynarinfo.az

10Mənbələr