AZ

Mask Trampı dəstəkləyən fonda pul bağışlayıb - "Bloomberg"

Məşhur iş adamı, miyarder İlon Mask qarşıdan gələn prezident seçkilərində ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyən fonda ianə edib. Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Agentlik iddia edir ki, bu yolla Mask “ABŞ-ın siyasi mənzərəsində iz buraxmaq” istəyir. İanənin məbləği açıqlanmayıb. Sahibkarın özü də bu məlumatla bağlı mesajlara münasibət bildirməyib. "Mask illərdir hər iki partiyanın namizədlərinə ianə edib. Eyni zamanda, o, prezident seçkilərinə çox pul xərcləməyib, bir qayda olaraq, müəyyən məbləği Demokratlar və Respublikaçılar arasında bərabər bölür", - deyə "The New York Times" qeyd edir. Mart ayında o, ABŞ-a Respublikaçılar Partiyasının hakimiyyətə ehtiyacı olduğunu söyləyib: "Yoxsa Amerikanın sonu olacaq", - deyə bildirib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Co Bayden Demokratlar Partiyasından kifayət qədər nümayəndənin dəstəyini qazanıb. Namizədlər yazın zamanlarda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
44
bizimyol.info

10Mənbələr