AZ

Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xəstəliklərin bir qisminin irsi olduğu hər kəsə məlumdur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumata görə, yeni doğulan uşaqların 6 faizi genetik xəstəliklərlə dünyaya gəlir. Bu xəstəliklər hər biri özünü kəskin şəkildə büruzə vermir. Bəzi xəstəliklər xüsusi analizlərlə müəyyən olunur. Bəzisi isə müəyyən yaş həddinə çatdıqdan sonra özünü göstərir.
Hazırda 4-6 min gen xəstəliyinin olduğu bildirilir. Ən çox talassemiya, əqli zəiflik, psixi xəstəliklər, boyun inkişafdan qalması, şəkərli diabet və digər xəstəliklərə rast gəlinir.
Bəs Azərbaycanda irsən keçən və çox yayılan xəstəliklər hansılardır?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya deyib ki, Azərbaycanda irsi yolla keçən xeyli sayda xəstəlik var:
"Xəstəliklərin bir qrupu da irsi yolla keçir. Bunun üçün uşaq hər iki valideyndən genlər götürməlidir. Bunlar xromosom xəstəlikləri, talassemiya daşıyıcılığı, yəni hemoqlobinopatiyalardır. Bunlar arasında talassemiya daşıyıcılığı və xəstəliyi geniş yayılıb. Amma bir sıra hallarda da irsi meyillilik var. Məsələn, ata-ana xətti ilə şəkərli diabetə meyillilik var, bu, özü də birbaşa olmasa da, irsi faktorun rolunun olması deməkdir".
Həkimin sözlərinə görə, xərçəng xəstəliyinin növlərində də bu faktor özünü göstərir:
"Bir sıra xəstəliklər, məsələn, nəsillikcə xərçəngin olması, hazırda xəstənin analizi götürüləndə onun kitabçasına anasında, xalasında süd vəzi xərçənginin olması qeyd olunur. Gen ağacının çox ciddi rolu var, çünki uşaq hər iki valideyndən gen götürür, burda da xəstə genlərin götürülməsi imkanı həmişə qalır. Bu yaxınlarda yaxın qohumların evlənməsi ilə bağlı qanun qəbul olundu.
Əslində, bu qanunun əsas hədəfi irsi xəstəliklərin mümkün qədər qarşısını almaqdır. Düzdür, cəmiyyətdə buna müəyyən müqavimət oldu. Düşünürəm ki, genofondun sağlamlaşdırılması istiqamətində vacib addımdır. İnsanlar əslində buna düşünərək getməli idilər. Bunun qanun halına salınması yenə də ümumi işimizin xeyrinədir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
oxu.az

10Mənbələr