AZ

Orban: “Tramp Ukraynada sülhə nail olmaq istəyir”

“Biz sülhə nail olmağın yollarını müzakirə etdik”
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti, payızda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampla görüşüb və onunla Ukrayna münaqişəsinin həllini müzakirə edib. AYNA xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində məlumat verib.
“Bu gün Mar-a-Laqoda sabiq Prezident Donald Trampı ziyarət etmək şərəf idi. Biz sülhə nail olmağın yollarını müzakirə etdik”, – Orban bildirib.
Macarıstanın Baş naziri əlavə edib ki, Tramp yenidən seçilərsə, “bu problemi həll edəcək” və bu, Orbanın fikrincə, “bu, yaxşı xəbərdir”.
Orban keçmiş Amerika lideri ilə görüşünü “sülh missiyası” adlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
12
ayna.az

10Mənbələr