AZ

AFFA danışılmış oyunlarla bağlı seminar keçirib

AFFA-da Elit, I, II və III kateqoriyalı hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seminarda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, seminar iştirakçılarına qanunlarda əlavə və dəyişikliklər haqqında da geniş məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
17
apasport.az

10Mənbələr