AZ

“PAŞA Bank” xalis mənfəətini 23% artırıb

“PAŞA Bank” ASC 2024-cü ilin birinci yarısında 119.06 milyon manat həcmində xalis mənfəət əldə edib və bu 2023-cü ilin müvafiq dövründən 23% yuxarıdır.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi gəlirləri illik müqayisədə 27% artaraq 377.77 mln. manat cəmi gəlir əldə edib ki, bunun 245.97 mln. manat faiz gəliri, 131.79 mln. manatı qeyri-faiz gəlirləri təşkil edib. 2023-cü ilin ilk yarısında 297.36 milyon manat cəmi gəlirlər əldə etmişdi.

Bununla da bankın əməliyyat mənfəəti ilin ilk yarısında 139.17 mln. manat olmaqla 2023-cü ilin müvafiq dövründə qeydə alınmış 123.53 milyon manatı 13% üstələyib.

Bankın 1 iyul 2024-cü il tarixinə kapital balansında 447.25 mln. manat bölüşdürülməmiş mənfəət olub.

2024, yanvar-iyun324324234342023, yanvar-iyun213

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
banker.az

10Mənbələr