AZ

“Kapital Bank” ilin ilk yarısında 666 mln. manat gəlir, 124 mln. xalis mənfəət əldə edib

“Kapital Bank” ASC 2023-cü ilin ilk yarısında ümumilikdə 666.42 mln. manat gəlir, 123.92 mln. xalis mənfəət əldə edib.

Banker.az bunu bankın hesabatına istinadən xəbər verir.

Hesabat müddətinə faiz gəlirlərində 391.3 milyon manat əldə edib ki, bu da keçən ilin eyni dövründəki 335.8 milyon manatla müqayisədə 16.5% artım deməkdir.

Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri illik mwqayisidə 27.1% artaraq 322.9 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 3.0 milyon manat, həmin maliyyə institutlarında depozitlər üzrə faiz gəlirləri illik 17.4% artımla 18.9 milyon manat, ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 31.6% artarq 39.0 milyon manat təşkil edib.

Bankın faiz xərcləri 91.3% artımla 92.6 milyon manata (depozitlər üzrə faizlər: 64.2 milyon manat, illik artım 83.9%), qeyri-faiz gəlirləri də 35.2% artaraq 278.2 milyon manata, qeyri-faiz xərcləri və ya əməliyyat xərcləri də 29.5% artım artaraq 361.4 milyon manata yüksəlib.

Beləliklə “Kapital Bank” 2024-cü ilin ilk yarısında 123.9 milyon manat xalis mənfəət əldə edib ki, bu da keçən ilin eyni dövründəki 146.7 milyon manatla müqayisədə 15% azalma deməkdir.

1 iyul 2024-cü il tarixinə 642.8 mln. manat bölüşdürülməmiş mənfəəti olub. Bununla belə, bank səhmdarlarına ilk yarıda 70 mln. manat dividend ayırıb.

Bankın cəmi aktivləri son bir ildə 25% artaraq 9 milyard 984.5 milyon manat, cəmi öhdəlikləri 27% artaraq 9 mlrd. 16.6 mln. manat və cəmi kapital (xalis aktivləri) 17% artaraq 967.9 mln. manat olub.

k1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
banker.az

10Mənbələr