AZ

Orban Avropa İttifaqını hövsələdən çıxarır – “Macarıstanın 2 həftəlik sədrliyi bizə çoxlu ziyan vurub”

Macarıstanın Baş naziri Viktor Orban sədrliyinin ilk 12 günü ərzində artıq Avropa İttifaqına çoxlu ziyan vurub.

“AzPolitika” xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyi bu gün bəyan edib.

"Biz Macarıstanın sədrliyinin necə davam etdiyini görməliyik", - nazirliyin sözçüsü rəsmi Berlinin Orbanın Çin və Rusiya da daxil olmaqla son diplomatik səfərlərinə münasibət bildirərəkən deyib.

"Bu gün cəmi 12 gün keçib, lakin səfərlər artıq çoxlu ziyan vurublar", - Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı vurğulayıb.

İyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik Macarıstana keçib. İyulun 2-də Orban əvvəlcə Kiyevə, daha sonra “sülhməramlı missiya” ilə Moskvaya səfər edib. O, sonda Pekində Çin Sədri ilə danışıqlar aparıb, NATO sammiti üçün Vaşinqtona gedib və dünən ABŞ-nin keçmiş Prezidenti Donald Trampla görüşmək üçün Floridaya gəlib.

Orban X səhifəsində səfərlə bağlı qeydlər edərək, Trampla 5-ci sülh missiyasında görüşdüyünü qeyd edib. “Donald Trampı ziyarət etmək şərəfdir. Bu gün Mar-a-Laqoda biz sülhün bərqərar olması yollarını müzakirə etdik. Günün yaxşı xəbəri odur ki, o, bunu həll edəcək”, – Orban yazıb.

Brüssel bəyan edib ki, Orbanın Avropa İttifaqı adından danışıqlar aparmaq səlahiyyəti yoxdur.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
40
azpolitika.info

10Mənbələr