AZ

Bu ildən vahid tələbə kartının tətbiqinə başlanılacaq: Endirimlər gözlənilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Növbəti tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparılıb".
Oxu.Az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun bu gün keçirilən hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O bildirib ki, artıq bəzi istiqamətlərdə razılıqlara gəlinib:
"Vahid tələbə kartı ilə müxtəlif ödəmə sistemi, giriş kartı, nəqliyyat, keşbek sistemində endirimlər təmin olunacaq.
Eyni zamanda, özəl sektorla bir neçə universitetin tələbə yataqxanasının təmir olunması və onun istifadəyə verilməsi ilə bağlı layihələrə də başlanılacaq".
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
348
50
oxu.az

10Mənbələr