AZ

AFFA bu gün toplanır

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Publika.az xəbər verir ki, saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi;
2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi;
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;
5. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi;
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;
7. Digər məsələlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
38
publika.az

10Mənbələr