AZ

Bu ildən vahid tələbə kartı tətbiq EDİLƏCƏK 

Yeni tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparmışıq və müəyyən razılıqlara gəlmişik. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, həmin kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcəklər. 

“Eyni zamanda özəl sektorla bir neçə universitetin tələbə yataqxanasının təmir olunması və onun istifadəyə verilməsi ilə bağlı layihələrə başlanılacaq”, - deyə qeyd edib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
27
bizim.media

10Mənbələr