AZ

Nadir xəstəlikdən əziyyət çəkən Zəhranın anası: "Müalicələr üçün dəstəyə ehtiyacımız var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nadir xəstəlikdən əziyyət çəkən səkkiz yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Leyla Əsədova məlumat verib.
O bildirib ki, övladı 2016-cı ildə nadir xəstəliklərdən olan qapalı spina-bifida xəstəliyi ilə dünyaya gəlib:
"Doğulan gündən müalicələrə, əməliyyatlara başladıq. Körpə yaşında 11 dəfə əməliyyat olundu. Anadangəlmə anal dəliyi olmadığı üçün öncə bununla bağlı əməliyyat olundu, daha sonra isə bağırsaqlarının 90%-i çıxarıldı. Zəhranın müalicəsi ilə bağlı dəfələrlə İranda və Türkiyədə olmuşuq. Sonuncu dəfə bir həftə əvvəl Türkiyədə yerləşən xəstəxanalardan birində Zəhranın sidik kisəsinə botoks vuruldu. Həkimlər bu botoksu 8-9 ay sonra yenidən vurmaq lazım olduğunu deyiblər".
Gənc ana övladının müalicəsi üçün hazırda dəstəyə ehtiyacları olduğunu deyib:
"Zəhranın Türkiyədəki əməliyyatı və müayinələrinə 4 000 manata yaxın pul xərclədik. Bu məbləği yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilmişdik. Hazırda əməliyyat sonrası müalicələri davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək vermələrini istəyirəm. İllərdir Zəhranı sizin saytın izləyicilərinin sayəsində ayaqda saxlaya bilmişik, həmin şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 430-94-94.
"Leo Bank": 4098 5844 6764 3027.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
44
oxu.az

10Mənbələr