AZ

Sabahdan deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsinə başlanır

Sabahdan növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanacaq. SİA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
49
sesqazeti.az

10Mənbələr