AZ

Bakıda ağır avtomobil qəzası: Sürücü xəsarət aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.
İlkin məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusunu cavab olaraq faktı təsdiqləyib.
O bildirib ki, hadisə bu gün səhər 06:00-da baş verib:
"Belə ki, "Hyundai" markalı 90-DO-959 dövlət nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü Əli Cavanşir oğlu Qasımov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
40
oxu.az

10Mənbələr