AZ

ABŞ-nin Ermənistandakı səfiri Azərbaycanla sərhəddə olub

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn Aİ-nin "mülki missiyası" ilə birlikdə Azərbaycanla sərhəddə vəziyyəti müşahidə edib.

"!Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində bildirilib.

“Səfir Kuinn Aİ-nin mülki missiyası ilə sərhəddəki vəziyyəti nəzərdən keçirdi. Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır”, - deyə məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
operativmedia.az

10Mənbələr