AZ

Pezeşkian: İran qonşu ölkələrin gücünü öz gücü hesab edir

İranın yeni seçilən Prezidenti ərəb dünyası ilə konstruktiv dialoqa hazır olduğunu bəyan edib.

Bunu İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian “əl-Arabi əl-Cədid” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, qonşu dövlətlərlə əməkdaşlığı gücləndirmək üçün region ölkələri ilə həmrəyliyə nail olmaq istiqamətində addımlar atırlar:

“Biz vahid coğrafiyada yaşayırıq. İslamın və bütün səmavi dinlərin idealı olan gözəl həyat üçün əl-ələ verib güc əvəzinə məntiqə əsaslanaraq əməkdaşlığı inkişaf etdirməliyik”.

M.Pezeşkian qeyd edib ki, bölgədəki ölkələr ayrılıqda ciddi uğura nail ola bilməyəcək. O, əməkdaşlıq və birliyin yeganə çıxış yolu olduğunu vurğulayıb: “Fələstinin işğalının uzun müddətdir davam edən yarasını sağaltmaq və həll etmək bizim hamımız üçün bir çağırışdır”.

Yeni seçilən Prezident qeyd edib ki, İran İslam Respublikası qonşu ölkələrin gücünü öz gücü hesab edir. Onun sözlərinə görə, qonşular bir-birinə qarşı fəaliyyət göstərməklə güclənməməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
5
banker.az

10Mənbələr