AZ

Aranda yağmursuz və küləkli, dağlarda yağış və duman

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidməti­nin verdiyi məlumata əsasən, iyulun 11-də Bakıda və Abşeron yarımada­sında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsə­cək, arabir güclənəcək. 

Gecə 21-26°, gündüz 30-35° isti ola­caq. Atmosfer təzyiqi 757 mm civə sütu­nu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, No­vxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqul­ba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın əksər rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayon­larda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° , gün­düz 35-39°, dağlarda gecə 11-16°, gün­düz 21-26° isti olacaq.

Q.QASIMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
24
xalqqazeti.az

10Mənbələr