AZ

Azərbaycan Basketbol Federasiyasına yeni TƏYİNAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
Bildirilib ki, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.
Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasən onunla iki illik müqavilə imzalanıb.
Müqaviləyə görə, Turqay Zeytingöz aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastrukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq.
T.Zeytingöz sonuncu dəfə Türkiyənin "Qalatasaray" basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsini icra edib.
O, daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionatının qızıl, iki dəfə isə bürünc medalını qazanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
oxu.az

10Mənbələr