AZ

Dövlət məktəblərində şagirdlər mobil telefondan istifadə edə bilməyəcək

 

  ABŞ-ın Virciniya ştatında dövlət məktəblərində dərs saatlarında şagirdlərin mobil telefon və sosial mediadan istifadəsinə məhdudiyyət qoyulması qərara alınıb.

  Virciniya qubernatoru Qlen Yanklinin (Glenn Youngkin) dövlət məktəblərində cib telefonlarının istifadəsini məhdudlaşdıran və ya qadağan edən fərmanı ilə bağlı açıqlamada yazılır: “Araşdırmalar göstərir ki, dərs zamanı mobil telefondan istifadə şagirdlərin təhsilinə mənfi təsir göstərərək qiymətlərini aşağı salır. Ona görə də onların dərs saatlarında mobil telefondan istifadəsinin məhdudlaşdırılması və ya qadağan edilməsi istiqamətində addımlar atılır.

  Mobil telefon və sosial mediadan istifadə üzündən gənclər arasında psixi sağlamlıq böhranı artıb.

  Virciniya Təhsil Departamentinin sözçüsü Todd Reid də şərh verərək deyib: “Valimizin qərarına əsasən, təyin olunan qaydalar məktəblərdə 2025-ci ilin yanvarına qədər qüvvəyə minəcək”.

  Xatırladaq ki, bundan əvvəl Kaliforniya ştatında Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti iyun ayında tələbələrin akademik saatlarda mobil telefon və sosial media platformalarından istifadəsini qadağan edən qərar qəbul etmişdi.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
trt.net.tr

10Mənbələr