AZ

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

İyulun 11-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala və Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Seçilən
156
49
ekologiya.az

10Mənbələr