AZ

Müharibə bitsin, Qafqaza dönəcəyik – Rusiyadan şok hədə

Putinlə Paşinyanın münasibətlərində nəsə baş verib. Rusiya Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii ki, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübutum yoxdur. Amma bir şey aydındır: iki ölkənin rəhbərliyi arasında yadlaşma var.

Ulusal.az xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst ekspert Stanislav Tarasov erməni mediasına geniş müsahibəsində deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti “Qarabağ və başqa məsələlər”də Moskvaya qulaq asmadı, öz siyasətlərini apardı, sonra hər şeyi Rusiyanın səhvlərinə bağladı:

“Əlbəttə, səhvlərimiz olub, amma Paşinyanın dediyi dərəcədə və ya səviyyədə deyil”.

O iddia edib ki, Rusiyada antierməni əhval-ruhiyyəsi, ümumiyyətlə erməni fobiyası yoxdur:

“Moskvadakı ermənilər özlərini rahat hiss edirlər. Bizim bütün tənqidlərimiz ermənilərə deyil, konkret rəhbərlik və konkret baş nazirə qarşı yönəlib. Biz erməni xalqına mənfi münasibət göstərmirik: Rusiyada Ermənistandan daha çox erməni yaşayır, üstəlik Rusiya vətəndaşlığını almış ermənilər karyera qururlar, orduda xidmət edirlər, Ukraynada döyüşürlər. Şüuraltımızda belə onları ikinci dərəcəli insanlar hesab etmirik, onlar tamhüquqlu vətəndaşlardır. Bu səbəbdən Ermənistanda rusofobik bəyanatlar veriləndə biz təəccüblənirik”.

Tarasov iddia edib ki, Paşinyanın hakimiyyətə gəlişi Rusiyanın səhvi idi:

“Moskva Paşinyanın hakimiyyətə gələcəyini bilirdi, amma prosesin qarşısını almaq üçün heç nə etmədi. Biz bundan sonra nə olacağını bilirdik… Bir sözlə faciə”.

Onun sözlərinə görə, Ermənistanda Ukrayna məsələsini çox şişirdirlər:

“Deyirlər ki, Rusiya Ukrayna ilə məşğuldur. Bəli, məşğuldur, biz müharibədəyik və müharibədə ciddiyik, amma nə vaxt qalib gəlsək, fərqli olacağıq, onları narahat edən, qəzəbləndirən də budur. Biz artıq bir sıra postsovet dövlətlərinin məsuliyyətsiz bəyanatlarına dözməyəcəyik. Hamını narahat edən budur. Görün, Avropada nələr baş verir. Makron itirdi, Şolts uduzur, Bayden uduzur, İngiltərə böhranın astanasındadır. Bunu cəmi yarım il əvvəl təsəvvür edə bilərdinizmi? Ukraynanı bir kənara qoyun, görün nə hadisələr gedir – nə Ermənistan, nə Azərbaycan, nə Gürcüstan, bunlar Rusiya üçün ikinci dərəcəli amillərdir.

Mən “səhvlərimiz” deyəndə Qarabağı nəzərdə tuturam. Prosesin gücə, döyüşə getməsinə icazə verdik, müharibəni dayandırmadıq. Biz Minsk Qrupunun üzvü olaraq bütün üzvləri səfərbər etməli və müharibəni dayandırmalıydıq. Minsk Qrupunun bütün üzvləri çox gec, müharibə başlayanda addımlar atmağa çalışdılar. Bu, səhv idi. Qarabağ şüurlu şəkildə təslim edilib. Yüz faiz deyə bilərəm ki, Ermənistan rəhbərliyi Qarabağı bilərəkdən təslim edib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
44
moderator.az

10Mənbələr