AZ

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib

Küləkli

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 11-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala və Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
azertag.az

10Mənbələr