AZ

"Müəllim Cəmiyyətin Xilaskarı Kimi" layihəsi çərçivəsində Astara şəhərində görüş keçirilib - FOTOLAR

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 08 iyul 2024-cü il tarixində Astara şəhərində olub.

"Cebhe.info" xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə Astara rayon İcra hakimiyyətinin nümayəndələri, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Astara Təhsil sektorunun rəhbərliyi ilə məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 09 iyul 2024-ci il tarixdə Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbdə rayonun 14 nümunəvi müəllimləri ilə görüş keçirilib.

Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov,  Astara şəhəri Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva, Sərək kənd orta məktəbinin direktoru Nuranə Həmidova, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 09 iyul 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir. Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir. 

Layihə üzrə növbəti səfər Yardımlı şəhərinə olacaqdır. Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımızı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Astara rayon İcra Hakimiyyətinə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə, idarənin Təhsilin Keyfiyyəti sektorunun Sosial Qruplar üzrə işin təşkili üzrə nümayəndəsi Nuranə Əliyevaya, Astara Təhsil sektorunun müdiri Elnur Quliyevə, Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyevaya, Sərək kənd orta məktəbinin direktoru Nuranə Həmidovaya və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.  

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
33
cebheinfo.az

10Mənbələr