AZ

Günəş aktivliyinin pik həddi nə vaxt gözlənilir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cari 11 illik dövrədə Günəş aktivliyinin pik nöqtəsi 2024 və ya 2025-ci ildə gözlənilir.
Bu barədə "Roshidromet"in açıqladığı 2023-cü il üçün Rusiyada ətraf mühitin vəziyyəti və çirklənməsinin icmalında deyilir.
Bildirilir ki, əslində, 25-ci Günəş dövrü ardıcıl 35 aydan çoxdur ki, rəsmi proqnozları üstələyir. X-şüalarının, geomaqnit qasırğalarının sayı və intensivliyi həddindən artıq yüksəkdir.
2023-cü ildə Heliogeofizika Xidməti əlverişsiz və təhlükəli heliogeofiziki şəraitlə bağlı 954 xəbərdarlıq edib ki, bu da 2022-ci illə müqayisədə 1,7 dəfə çoxdur.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
oxu.az

10Mənbələr