AZ

Hizbullah birləşmələri İsrail hərbçilərini atəşə tutub - » AzadMedia.az



Hizbullah birləşmələri Livanın cənubundan İsrail hərbçilərinin Qolan yüksəkliklərindəki mövqelərinə raket zərbəsi endirib.

Azadmedia.az xəbər verir ki, bu barədə xarici telekanal məlumat yayıb.

Belə ki, əraziyə çoxsaylı reaktiv raket sistemlərindən 30-dan çox mərmi atılıb.

Həmçinin Hizbullah döyüşçüləri Kela Alon bölgəsində İsrailin hava hücumundan müdafiə qərargahına və ordu kazarmalarına hücum ediblər. Şaal qəsəbəsi yaxınlığında da partlayış səsləri eşidilib.

Bundan əlavə, Yuxarı Qalileydə İsrailin Manaradakı hərbi səhra düşərgəsi də atəşə tutulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
23
azadmedia.az

10Mənbələr