AZ

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Deportasiya üçün daha 20 maddə əlavə edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Parlamenti İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinin pozulmasına görə miqrantların deportasiyası haqqında qanun layihəsini dəstəkləyəcək.
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, söhbət ictimai asayiş və ictimai təhlükəsizlik sahəsində, o cümlədən ekstremist təzahürlərlə bağlı hüquqpozmalardan gedir.
"Bunların arasında: polis əməkdaşının, digər güc qurumlarının qanuni sərəncamına tabe olmamaq, miqrasiya qeydiyyatı zamanı yanlış məlumatların təqdim edilməsi, xırda xuliqanlıq, nasist atribut və ya simvollarının, yaxud ekstremist təşkilatların atribut və ya simvollarının təbliği və ya açıq nümayişi, müəyyən edilmiş qaydaları pozmaqla bu məqsəd üçün ayrılmış yerlərdə və ya bu məqsəd üçün ayrılmamış yerlərdə silahdan atəş açmaq var", - deyə spiker vurğulayıb.
O hesab edir ki, bir sıra maddələr üzrə ölkədə qalması qanunazidd fəaliyyətləri ilə əlaqədar arzuolunmaz olan şəxslərin operativ şəkildə (məhkəmə qərarı olmadan) çıxarılması təmin edilməlidir.
"Miqrasiyaya nəzarət məsələsi son dərəcə vacibdir. Deputatlar onun kəskinliyini başa düşürlər: çoxlu müraciətlər daxil olur, mövzu seçki dairələrində insanlarla ünsiyyət zamanı mütəmadi olaraq səslənir. Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi bizim üçün prioritet əhəmiyyət kəsb edir", - deyə Dövlət Dumasının sədri yazıb.
O əlavə edib ki, Duma hökumətin, nazirliklərin və idarələrin bu sahədə problemlərin həllinə kömək edən təkliflərini ən qısa müddətdə nəzərdən keçirəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
oxu.az

10Mənbələr