AZ

Hindistanın baş naziri Moskvaya səfərə gəlib

"Birləşmiş Ştatlar və müttəfiqləri Hindistanın gələcəyi üçün onun Rusiya ilə münasibətlərindən daha əhəmiyyətlidir..."
 
Hindistanın baş naziri Narendra Modi Moskvaya səfərə gəlib, onun təyyarəsi "Vnukovo" hava limanında eniş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Modinun iyulun 8-9-da Moskvaya səfəri onun üçüncü müddətə Hindistan hökumətinin rəhbəri vəzifəsində ilk xarici səfəridir.
 
Kreml bundan öncə Modinin bu səfərinin böyük əhəmiyyət kəsb etdiyini bəyan edib. 
 
Hindistan siyasətçinin özü Rusiyaya səfərindən öncə deyib ki, Putinlə "regional və qlobal məsələləri müzakirə etmək" istəyir.
 
"Mən dostum Vladimir Putinlə ikitərəfli əməkdaşlığın bütün aspektlərini nəzərdən keçirmək imkanlarını səbirsizliklə gözləyirəm", - baş nazir bəyan edib.
 
Həmçinin məlumat verilib ki, Modi ölkələr arasında pul köçürmələri, Hindistanın Rusiyadakı "RuPay" və Rusiyanın Hindistandakı "Mir" ödəniş sistemlərinin istifadə edilməsi, ticarət və "birgə müdafiə istehsalı" mövzularını müzakirə etməyi planlaşdırır.
 
Hindistan XİN rəhbəri Vinaya Kvatra həmçinin məlumat verib ki, baş nazir "səhvən" Rusiya ordusuna hərbi xidmətə göndərilən hindlilərin tərxis edilməsi məsələsini qaldırmaq niyyətindədir.
 
Rusiyanın qonşu Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan Hindistan Putini birbaşa tənqiddən yan keçib, eyni zamanda hər iki tərəfə müharibəyə son qoymağa çağırış edib.
 
Dehli həmçinin müharibənin əvvəlində dinc insanların qətlini hətta pisləyib, lakin günahı Moskvanın üzərinə qoymayıb.
 
Modinin Rusiyaya səfəri onun ötən ay İtaliyada "Böyük Yeddilik" ölkə liderəri ilə görüşündən sonra baş verir.
 
O zaman Kremlin dondurulan aktivləri hesabına Ukraynanın Rusiya təcavüzünə müqavimətinin maliyyələşdirilməsi qərara alınıb.
 
"Bu səfər bir çox Qərb müşahidəçilərində qıcıq doğurur", - bunu Loui İnstitutunun analitiki Ved Şinde qeyd edib.
 
"Ukraynada müharibə başlanandan Hindistan tərəfindən Rusiyadan ucuz neft alması Qərb tərəfdən Avropanın ürəyindəki problemlərdən mənfəət əldə edilməsi kimi baxılıb", - o, deyib.
 
"Hindistanın müttəfiq kimi saxlanılması Moskvaya sərf edir, çünki bu, Qərbə Rusiyaya əsas inkişaf etməkdə olan dövlətlər tərəfindən dəstək verilməsini göstərir.
 
Modi Putinin əllərini sıxanda bunu yadda saxlayın. Amma yanılmayın, Birləşmiş Ştatlar və onun müttəfiqləri Hindistanın gələcəyi üçün onun Rusiya ilə münasibətlərindən daha əhəmiyyətlidir. Hindistanın Moskva ilə əlaqələri isə keçmişin məhsuludur", - Ved Şinde əlavə edib.
 
Əlavə edək ki, Moskva səfərindən sonra Hindistanın baş naziri Avstriyaya yollanacaq.
 
"Avstriyada mənim prezident Aleksandr Van der Bellenlə və kansler Karl Nehammerlə görüşmək imkanım olacaq. Avstriya bizim sədaqətli və etibarlı tərəfdaşımızdır, biz demokratiya və plüralizm ideallarını bölüşürük", - Narendra Modi vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
50
moderator.az

10Mənbələr