AZ

Təbii yolla bəyaz dişlərə sahib olmaq üçün nələr etməliyik? - 5 YOL

Hər kəs bəyaz dişlərə sahib olmaq istəyir.

Hit.az xəbər verir ki, bunun müxtəlif yolları var.

Amma bu gün sizə dişlərin təbii yolla bəyazlatmağın üsullarından bəhs edəcəyik.

Hər bir şəxs rahatlıqla gülmək istəyər. Amma dişlərində problem olan insanlarda bu səbəbdən bir kompleks yaranır. Nəticə etibarilə ürəkdən gülə bilmirlər. Eyni zamanda, həmin insanlar şəkil çəkdirəndə və danışanda belə dişlərinin çox görünməməsinə çalışırlar. Amma bəyaz dişləri olan şəxslərdə belə problemlər olmur.

Bəs dişləri təbii yolla bəyazlatmaq üçün nələr etməliyik?

Hit.az həmin üsulları təqdim edir:

1. Alma sirkəsi:

Alma sirkəsini dişlərinizi ağartmaq üçün də istifadə edilə bilərsiniz. 2 çay qaşığı alma sirkəsini təxminən 200 ml su ilə qarışdıraraq qarqara etmək olar. Bu qarqara ilə ağzınızın bütün künclərini 30 saniyə ərzində yaxalayın. Lakin bunun 30 saniyədən daha uzun müddət etmək tövsiyə olunmur. Bir müddət sonra isə fərqi görəksiniz.

2. Meyvə qabıqları

Limon, portağal və banan kimi bəzi meyvələrin qabıqları "C" vitamini ilə zəngindir. Ona görə də sözügedən meyvələrin qabıqlarının qatqısı olan diş pastaları dişlərinizin ağarmasına xidmət edir. Əgər hər gün həmin diş məcunu ilə dişlərinizi fırçalasanız diş ləkələrinin görünüşünün əhəmiyyətli dərəcədə azaldığını görə bilərsiniz.

3. Kakos yağı

Həmçinin, kakos yağından da qarqara kimi istifadə etmək olar. 2015-ci ildə aparılan bir araşdırma nəticəsində bunun dişlərdəki sarı ləkələrin təmizlənməsində mühüm rol oynadığı bəlli olub.

4. Qabartma tozu

Dişlərinizdəki ləkələri aparmağın ən effektiv yollarından biri də qapartma tozudur. Belə ki, qabartma tozu dişlərdəki ləkələrin təmizləyir və bakteriyaların qarşısını alır.

5. Ağız gigiyenası

Bəyaz dişlərə sahib olmaq üçün ağız gigiyenasına mütəmadi olaraq riayət etmək lazımdır. Həkimlər hər gün dişləri fırçalamağın çox əhəmiyyətli olduğunu vurğulayırlar. Bu, dişlərin saralmasının qarşısını alan ən təbii yollardan biridir.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
hit.az

10Mənbələr